Yuxarı

Milli Gimnastika Arenasında 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək

Milli Gimnastika Arenasında 2-ci AGF Junior Trophy beynəlxalq turniri

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək.

"Report"un məlumatına görə, yarışda 20 ölkənin 130-dək gənc bədii gimnastları mübarizə aparacaq. Dünya Kubokundan (26 - 28 aprel) bir neçə gün öncə keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004 - 2006-cı il təvəllüdlü gimnastlar çıxış edəcəklər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Azərbaycanı fərdi yarışda Nərminə Səmədova, Nərmin Bayramova, ötənilki Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edəcəklər.

Qeyd edək ki, turnirə aprelin 21-də yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi