Yuxarı

"Mercedes" 2020-ci il dünya çempionatında rekord məbləğdə üzvlük haqqı ödəyəcək

"Mercedes" 2020-ci il dünya çempionatında rekord məbləğdə üzvlük haqqı ödəyəcək

"Mercedes" rəhbərliyi 2020-ci il "Formula 1" üzrə dünya çempionatında iştirak üçün rekord məbləğdə üzvlük haqqı ödəyəcək.

"Report"un "Motorsport"a istinadən verdiyi məlumata görə, bu, Almaniya komandasının 2019-cu il mövsümündə Konstruktorlar Kubokunda 21 mərhələ ərzində 739 xal toplaması ilə əlaqədardır. Hər bir xal çempiona 6677 dollara başa gələcək. Nəticədə "Mercedes" "Formula One" şirkətinin hesabına 5,5 milyon dollar köçürməli olacaq.

Üzvlük haqqı xərcləri "Ferrari"də 3,3 milyon dollar, "Red Bull"da isə 2,8 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, növbəti mövsüm üçün ən az məbləği "Uilyams" ödəyəcək - 560 min dollar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi