Yuxarı

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun ikinci görüşündə də heç-heçə qeydə alınıb

Məmmədyarovla Rəcəbovun ikinci görüşündə də heç-heçə qeydə alındı

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku turnirinin 1/8 final mərhələsinin ikinci partiyaları oynanılır.

“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşır.

Onların arasındakı ikinci görüşdə də heç-heçə qeydə alınıb. Birinci dueldə də eyni nəticə olduğu üçün qalib sentyabrın 22-də tay-breykdə müəyyənləşəcək. 

Qeyd edək ki, Azərbaycanın yarışa qatılan digər şahmatçıları mübarizəni dayandırıb. Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olub. Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi