Məhəmmədrəsul Məcidov Dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

Məhəmmədrəsul Məcidov Dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb Mundialın ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb
Fərdi
27 Avqust , 2017 09:55
Məhəmmədrəsul Məcidov Dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb

Bakı. 27 avqust. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

"Report" xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib.

Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də olacaq.

Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Bağırovun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.

Bağırov Byamba ilə sabah üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi