Maykl Felps ağ köpək balığına uduzub - VİDEO

Maykl Felps ağ köpək balığına uduzub - VİDEO 23 qat olimpiya çempionu dəniz canavarından 2 saniyə geri qalıb
Fərdi
24 İyul , 2017 11:22
Maykl Felps ağ köpək balığına uduzub - VİDEO

Bakı. 24 iyul. REPORT.AZ/ Üzgüçülük üzrə 23 qat olimpiya çempionu Maykl Felps ağ köpək balığına uduzub.

“Report”un “Vox” portalına istinadən verdiyi məlumata görə, “Discovery” telekanalının təşkil etdiyi yarış Cənubi Afrika Respublikasının Keyptaun şəhərində açıq suda baş tutub.

Köpək balığı ilə M.Felps fərdi şəkildə üzüblər. Lakin kompüter qrafiaksının köməyi ilə onların yanaşı yarışdığı görüntüsü təqdim olunub. Dəniz canavarı finişdə qoyulan qida istiqamətində üzüb və nəticədə 100 metrlik məsafəni 36,1 saniyəyə qət edib. Olimpiya çempionu isə ondan 2 saniyə geri qalıb.

Qeyd edək ki, Maykl Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. O, "Su idman növlərinin əfsanəsi. Bütün dövrlərin ən dahisi" mükafatına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi