Yuxarı

Maksim Medvedevin zədəsinin xarakteri və bərpa müddəti bəlli olub

Maksim Medvedevin zədəsinin xarakteri və bərpa müddəti bəlli olub

Futbol üzrə Azərbaycan milli komandasının məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev, təxminən, 10 gün yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə “Report”a 32 yaşlı müdafiəçinin formasını geyindiyi “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Medvedevin yığmanın ilk məşqində ayaq əzələsi dartılıb.

Təcrübəli futbolçu noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 19-da AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi