Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşə hazırlaşmaq üçün spirtli içkilərdən istifadə edib.
"Report" "MMA Junkie" portalına istinadən xəbər verir ki, irlandiyalı döyüşçü qarşılaşmadan əvvəl bir həftə ərzində içdiyini söyləyib: "Səhv etdim. Amma bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".
Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub. Makqreqor növbəti döyüşünü yanvarın 19-da ABŞ təmsilçisi Donald Serrona qarşı keçirəcək.