“Majestic Warrior” ləqəbli at ARAF Kubokunun qalibi olub

“Majestic Warrior” ləqəbli at ARAF Kubokunun qalibi olub Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Binə Atçılıq Mərkəzində yerləşən hippodromda cıdır yarışı keçirib.
Fərdi
25 Avqust , 2018 15:45
“Majestic Warrior” ləqəbli at ARAF Kubokunun qalibi olub

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Binə Atçılıq Mərkəzində yerləşən hippodromda cıdır yarışı keçirib.

“Report” xəbər verir ki, 4 yaş və yuxarı ingilis atlarının 2400 metr məsafəyə qaçışında jokey Hilal Nəzərov “Majestic Warrior” ləqəbli atla 1-ci yeri tutub (2:37.977) və ARAF Kubokunun qalibi olub. Rauf Tahirov “Şəfəqim” ləqəbli atla 2-ci, Orxanbət Hacıyev isə “Butsefal” ləqəbli atla 3-cü finiş edib.

4 yaş Qarabağ və Dilbaz atlarının 2400 məsafəyə qaçışında jokey Azər Əliyev “Dəmir” ləqəbli atla 1-ci yeri tutub (3:01.064) və “Derbi” kubokunun sahibi olub. Hilal Nəzərov “Netron” ləqəbli atla 2-ci, Rauf Tahirov isə “Şahmar” ləqəbli atla 3 -cü yeri (3:07.130) tutub.

3 yaş ingilis atlarının 2400 metr məsafəyə qaçışında jokey Hilal Nəzərov “Bahr” ləqəbli atla finiş xəttini 1-ci keçib (2:37.680) və “Derbi” kubokunu qazanıb. Azər Əliyev “Atilla” ləqəbli atla 2-ci, Orxanbəy Hacıyev isə “Prince” ləqəbli atla 3-cü olub.

2 yaşlı ingilis atlarının 1400 metr məsafəyə yarışında jokey Hilal Nəzərov “Mismambo” ləqəbli atla rəqiblərini qabaqlayıb (1:33.137). Orxanbəy Hacıyev “Matilda” ləqəbli atla 2-ci (1:34.466), Azər Əliyev isə “Quida” ləqəbli atla 3-cü yeri (1:35.744) tutub. 

Son xəbərlər

Orphus sistemi