Lüis Hemilton "Formula 1" üzrə 6 qat dünya çempionu olub

Lüis Hemilton "Formula 1" üzrə 6 qat dünya çempionu olub Mercedes pilotu Lüis Hemilton 6-cı dəfə Formula 1 üzrə dünya çempionu adını qazanıb.
Fərdi
4 Noyabr , 2019 00:50
Lüis Hemilton Formula 1 üzrə 6 qat dünya çempionu olub

"Mercedes" pilotu Lüis Hemilton 6-cı dəfə "Formula 1" üzrə dünya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, britaniyalı sürücü buna vaxtından əvvəl nail olub.

ABŞ Qran-prisində 2-ci yeri tutan 34 yaşlı idmançı sona iki Qran-pri qalmış çempionluğunu təmin edib. ABŞ Qran-prisində finişə "Mercedes"in digər pilotu Valtteri Bottas çatıb. Üçüncü yeri isə "Red Bull"dan Maks Ferstappen tutub.

Son xəbərlər

Orphus sistemi