Lüis Hemilton Elton Conun fanatı olduğunu etiraf edib

Lüis Hemilton Elton Conun fanatı olduğunu etiraf edib “Mercedes” komandasının pilotu Lüis Hemilton britaniyalı müğənni Elton Conun fanatı olduğunu etiraf edib.
Fərdi
22 Noyabr , 2019 14:00
Lüis Hemilton Elton Conun fanatı olduğunu etiraf edib

“Mercedes” komandasının pilotu Lüis Hemilton britaniyalı müğənni Elton Conun fanatı olduğunu etiraf edib.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı məşhur musiqiçi ilə fotosunu şəxsi "Instagram"ında paylaşıb. 

"Devid Uilyamsla müsahibəsi zamanı tamaşaçılar arasında idim. Həmin vaxt onunla zaman keçirmək xoşbəxtliyinə nail oldum" şərhini yazan Hemilton "Bu şəkli evdə çərçivəyə salacağam. Eltonun böyük fanatıyam. O, bir ustadır. Görüş üçün təşəkkür edirəm, Elton" deyə əlavə edib.

Qeyd edək ki, Lüis Hemilton altıqat "Formula 1" çempionudur. 

Son xəbərlər

Orphus sistemi