Lüis Hemilton Abu-Dabi Qran Prisində sıralama turunun qalibi olub

Lüis Hemilton Abu-Dabi Qran Prisində sıralama turunun qalibi olub Abu-Dabi. 24 noyabr. REPORT.AZ/ Lüis Hemilton Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən “Formula 1” üzrə 2018-ci il dünya çempionatının sonuncu – 21-ci mərhələsində sıralama turunun qalibi olub.
Fərdi
24 Noyabr , 2018 19:10
Lüis Hemilton Abu-Dabi Qran Prisində sıralama turunun qalibi olub

Abu-Dabi. 24 noyabr. REPORT.AZ/ Lüis Hemilton Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən “Formula 1” üzrə 2018-ci il dünya çempionatının sonuncu – 21-ci mərhələsində sıralama turunun qalibi olub.

“Report” xəbər verir ki, Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu 1.34,794 göstərici ilə rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Valtteri Bottas ikinci (+0,162), İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə üçüncü göstəriciyə imza atıb.

Noyabrın 25-də “Yas Marina” trasında baş tutacaq yarış Bakı vaxtı ilə saat 17:10-da start götürəcək.

Qeyd edək ki, Abu-Dabi Qran Prisi formal xarakter daşıyır. Çünki L.Hemilton çempionluğu erkən təmin edib. Onun komandası isə Konstruktorlar Kubokunda qalibiyyəti rəsmiləşdirib.

Aprel ayında Azərbaycan Qran Prisinin də qalibi olan L.Hemilton hazırda 383 xalla 1-ci pillədə qərarlaşıb. İtaliyanın “Ferrari” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel 302 xalla ikinci yeri təmin edib. Üçüncü yerə isə 251 xalla onun finlandiyalı komanda yoldaşı Kimi Raykonnen, eləcə də “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas və Avstriyanın “Red Bull” komandasından hollandiyalı Maks Ferstappen iddia edir. Onların müvafiq olaraq, 237 və 234 xalları var. Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir.

Son xəbərlər

Orphus sistemi