Lorentso Sotomayor Çexiyada ən azı bürünc medalı təmin edib

Lorentso Sotomayor Çexiyada ən azı bürünc medalı təmin edib Azərbaycanın 2 bokçusu Çexiyada Usti-nad-Labem Qran-prisində yarımfinala vəsiqə əldə edib.
Fərdi
24 May , 2019 10:10
Lorentso Sotomayor Çexiyada ən azı bürünc medalı təmin edib

Azərbaycanın 2 bokçusu Çexiyada Usti-nad-Labem Qran-prisində yarımfinala vəsiqə əldə edib.

"Report" xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi kollektivdə olimpiya mükafatçısı Lorentso Sotomayor (69 kq) və Alfonso Dominges (81 kq) yarımfinalda iştirak hüququ qazanıblar. Onlar müvafiq olaraq, avstriyalı Marsel Rumpler və türkiyəli Bayram Malkandan güclü olublar. Onlar ən azı bürünc medalı təmin ediblər. 

Digər boksçular Elvin Məmişzadə (52 kq) macarıstanlı Martin Virbana, Sərxan Əliyev (63 kq) isə braziliyalı Vanders Oliveyraya məğlub olub.

Qeyd edək ki, yarışda bu gün yarımfinal, sabah final döyüşləri olacaq.

Son xəbərlər

Orphus sistemi