Konor və Həbibin də iştirak etdiyi UFC turniri ödənişli yayım üzrə rekord vurub

Konor və Həbibin də iştirak etdiyi UFC turniri ödənişli yayım üzrə rekord vurub Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində əsas qarşılaşmanın rusiyalı samboçu Həbib Nurməhəmmədov və irland boksçu Konor Makqreqor arsında baş tutduğu Mütləq Döyüş Çempionatı –UFC 229 turniri ödənişli yayımların satış sayı üzrə təşkilat tarixində rekord olub.
Fərdi
12 Oktyabr , 2018 07:25
Konor və Həbibin də iştirak etdiyi UFC turniri ödənişli yayım üzrə rekord vurub

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində əsas qarşılaşmanın rusiyalı samboçu Həbib Nurməhəmmədov və irland boksçu Konor Makqreqor arsında baş tutduğu Mütləq Döyüş Çempionatı –UFC 229 turniri ödənişli yayımların satış sayı üzrə təşkilat tarixində rekord olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "MMAfighting" portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, turnir üçün ümumi dəyəri təqribən 2,4 milyon dollar (bir yayım 90 dollar təşkil edib) olan yayım hüququ satılıb ki, bu da UFC tarixində rekord göstəricidir.

Təşkilatın bundan əvvəlki ən yaxşı nəticəsi UFC 202 ($1,5 mln) turnirində qeydə alınıb. Həmin turnirin əsas döyüşü Makqreqor və amerikalı Neyt Dias (20 avqust 2016-cı il) arasında olub.

Turnir oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.

Son xəbərlər

Orphus sistemi