Yuxarı

Kiberidmanda da ilk oyunçu koronavirusa yoluxdu

​Kiberidmanda da ilk oyunçu koronavirusa yoluxdu

267

"Apex Legends" kiber oyunu üzrə "Team Liquid" komandasının üzvü Brenden Kasper Marinonun koronavirus testinin nəticəsi müsbət çıxıb.

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı oyunçu şəxsi "Twitter" hesabı vasitəsilə açıqlama verib.

O, 8-10 gün sonra özünü daha yaxşı hiss edəcəyini, amma hələlik 2 həftə öz otağında qalmalı olacağını vurğulayıb.

Kasper "Apex Legends" turniri zamanı özünü pis hiss edib. Buna baxmayaraq, əvəzedicisi olmadığı üçün oynamağa davam edib. Ona görə də "Team Liquid" komandası yaxşı nəticə göstərə bilməyib və 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Brenden Kasper Marino karyerası ərzində 5 min ABŞ dolları udub. O, kiberidman üzrə koronavirusa yoluxan ilk oyunçudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi