Yuxarı

Karuana Din Lijenlə heç-heçə edərək İddiaçılar turnirində liderliyini qoruyub

Turnir martın 27-də başa çatacaq

Bakı. 21 mart. REPORT.AZ/ Amerikalı Fabiano Karuana FİDE-nin İddiaçılar turnirində çinli Din Lijenlə xalları yarı bölüb və Berlində keçirilən yarışda liderliyini qoruyub saxlayıb.

“Report” xəbər verir ki, çərşənbə axşamı baş tutan IX turun partiyası qara fiqurlarla oynayan Din Lijenin 66-cı gedişindən sonra yekunlaşıb.

IX raunddan sonra Karuananın hesabında 6 xal var. Digər şahmatçılar aşağıdakı şəkildə qərarlaşıblar:

2. Şəhriyar Məmmədyarov (Azərbaycan, 5,5 xal), 3. Aleksandr Qrişuk (Rusiya, 5), 4-5. Din Lijen, Sergey Karyakin (Rusiya, hər ikisi 4,5), 6-8. Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ), Vladimir Kramnik (Rusiya, hamısı 3,5).

İddiaçılar turniri martın 27-də başa çatacaq. Onun qalibi cari ilin payızında hazırkı dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi