Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
30 Mart , 2019 13:58
Karate üzrə Azərbaycan yığması Avropa çempionatında ilk medalını qazanıb

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 27 yaşlı idmançı “bürünc” görüşündə ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələyib. Bu, Azərbaycan karateçilərinin Avropa çempionatında ilk medalı olub.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Rafael Ağayev (75 kq) finala çıxıb. O, bu gün keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək. Həmçinin Nuranə Əliyeva (50 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq. Sahib Əhədov isə para-karateçilərin yarışında finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi