Yuxarı

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-nin idmançı sayı müəyyənləşib

Azərbaycanı 335 idmançı təmsil edəcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrdən 27-si idmançılarının sayını müəyyənləşdirib. "Report"un məlumatına görə, Azərbaycan 335 idmançı ilə təmsil olunacaq.

Hələlik ikinci ən böyük say (307) Əlcəzairə məxsusdur. Pakistan üçüncü (180 - 190) yerdə qərarlaşıb.

Azərbaycan: 335

Albaniya: 8

Banqladeş: 31

Burkina-Faso: 4

Çad: 30

Əfqanıstan: 141

Əlcəzair: 307

Fələstin: 84

İran: 145

İraq: 65

Malayziya: 37

Maldiv adaları: 33

Mozambik: 20

Nigeriya: 10

Oman: 60

Pakistan: 180 - 190

Qambiya: 13

Qayana: 18

Qətər: 50

Qırğızıstan: 40

Qvineya-Busau: 4

Səudiyyə Ərəbistanı: 170

Surinam: 11

Suriya: 30

Tunis: 60

Uqanda: 43

Yəmən: 9 - 13

Bəhreyn, Benin, Birləşmiş Ərəb Əmirliyi, Bruney, Cibuti, Fil Dişi Sahili, İndoneziya, İordaniya, Kamerun, Livan, Liviya, Mali, Mavritaniya, Mərakeş, Misir, Niger, Müstəqil İHİF idmançıları, Özbəkistan, Qabon, Qazaxıstan, Toqo, Qəmər adaları, Qvineya, Seneqal, Somali, Syerra-Leone, Sudan, Tacikistan, Türkiyə və Türkmənistan hələ idmançı sayını müəyyənləşdirməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi