Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına görə təxirə salınması gündəmdə deyil.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) bu gün milli olimpiya komitələri ilə məsləhətləşmədən sonra yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, Oyunların başlamasına dörd aydan çox vaxt qalıb və bu mərhələdə hansısa radikal qərar qəbul etməyə ehtiyac yoxdur: "Bu mövzuda istənilən fərziyyə əks nəticə verə bilər. Hazırda idmançılar təsnifat yarışlarında iştirakla bağlı ciddi problemlərlə üz-üzədir. Bəzi ölkələrdə atletlər müntəzəm məşqlərini davam etdirməkdə çətinlik çəkirlər. Beynəlxalq federasiyalar və milli olimpiya komitələri bunun üzərində işləyirlər. Bu gün idmançıların 57 faizi artıq Tokio olimpiadasında iştirak hüququ qazanıb. Digər 43 faiz üçün Beynəlxalq Olimpiya Komitəsi və federasiyalar təsnifat sisteminə zəruri dəyişikliklər edəcəklər".
Qeyd edək ki, XXXII Yay Olimpiya oyunları 24 iyul - 9 avqustda keçirilməlidir.