Bakı. 27 dekabr. REPORT.AZ/ İsrail pauerliftinqçisi Vladislav Alxazov özünə məxsus rekordu yeniləyib.
“Report” “Pressbol”a istinadən xəbər verir ki, çeçen əsilli idmançı Belarusun paytaxtı Minskdə keçirilən turnirdə xüsusi təchizatdan istifadə etmədən əvvəlcə 510, daha sonra 525 kq ştanqla oturmağı bacarıb.
Qeyd edək ki, bunadək Alxazovun ən yüksək göstəricisi 505 kq olub.