Yuxarı

İslamiada: Azərbaycanın zorxana komandası gümüş medal qazanıb

Qızıl medala İran sahib olub

Bakı. 20 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan Azərbaycan zorxanaçıları ilk medalı qazanıblar.

"Report"un məlumatına görə, komanda hərəkətlərində tərkibi Tural Əliyev, Məmmədli Salamov, Xəyyam Orucov, Rüfət Güləliyev və Orxan Xanlarovdan ibarət heyət 581 xalla gümüş medala sahib olub. 

Qızıl medalı 831 xalla İran, bürünc medalı isə 526 xalla Əfqanıstan əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi