Yuxarı

İslamiada: Azərbaycanın kişi voleybol yığması gümüş medal qazanıb

Finalda İran qalib gəlib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv finalda İran yığmasına 0:3 hesabı ilə uduzub. Bakı Kristal Zalında keçirilən həlledici görüşdə Azərbaycan millisi yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. 

Mükafatlandırma mərasimində medalları Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva təqdim edib.

Voleybol

Final

19:30. Azərbaycan - İran - 0:3 (16:25, 27:29, 18:25)

Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası İslamiadanı qızıl medalla başa vurub.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi