Yuxarı

İslamiada: Azərbaycanın 7 boksçusu yarımfinala yüksəlib - YENİLƏNİB-3

Son olaraq, Kamran Şahsuvarlı 1/4 final görüşünü qələbə ilə başa vurub

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinala yüksəlib. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan Şahsuvarlı 1/4 finalda türkiyəli İhsan Erdoğanı yenib. 

Beləliklə, Azərbaycanın yarımfinala yüksələn boksçularının sayı 7-yə çatıb. Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimovdan (81 kq) əlavə, Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) finala vəsiqə uğrunda yarışacaqlar. Məsut Yusifzadə (52 kq) və Elvin İsayevdən (64 kq) əlavə, Rüfət Hüseynov (49 kq) da 1/4 finalda uduzaraq, mübarizəni dayandırıblar. 

*** 19:00

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən boksçu Məsut Yusifzadə mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən Yusifzadə 1/4 finalda özbəkistanlı Abrorjon Kodirova uduzub.

*** 13:49

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən Rauf Rəhimov yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Rauf Rəhimov 1/4 finalda pakistanlı Aveys Ali Xanı mübarizədən kənarlaşdırıb. O, ən azı bürünc medalı təmin edib.

*** 12:38

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında tənmsil edən boksçu Elvin İsayev mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 64 kq çəki dərəcəsindəki 1/4 final görüşündə İsayev özbəkistanlı Aliyor Noraliyevə uduzub.

İsayev 49 kq-da çıxış edən Rüfət Hüseynovdan sonra mübarizəni dayandıran ikinci azərbaycanlı boksçu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi