Yuxarı

İslamiada: Azərbaycan suya tullananlarından daha bir medal - YENİLƏNİB

Olqa Bıkovskaya qızıl, Artyom Danilov - Dmitri Sorokin dueti bürünc medal qazanıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən suya tullananlardan ibarət Artyom Danilov - Dmitri Sorokin dueti bürünc medal qazanıb. "Report"un məlumatına görə, cütlük 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında fərqlənib. 

Onlar 6 cəhdin yekununda 297,90 xal toplayıblar. 

*** 17:58

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması suya tullanma növündə növbəti medalını qazanıb. 

"Report"un məlumatına görə, qadınlar arasında 10 metrlik platformadan tullanmada Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 275,85 xal toplayıb. Gümüş medalı 167,70 xal yığan indoneziyalı Della Harimurti, bürünc medalı isə 161,95 xalla türkiyəli Sinem Sağlam əldə edib. 

Qeyd edək ki, Azərbaycan suya tullanma növündə ilk medalı ötən gün Dmitri Sorokin qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi