Yuxarı

İngiltərə yığmasının keçmiş futbolçusu karyerasını 49 yaşında bərpa edib

Merson yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ İngiltərə milli komandasının və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa etməyi qərara alıb.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Merson Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə bağlayıb. Onun yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi