Hollandiyalı olimpiya çempionu dopinqdən yararlandığını etiraf edib

Hollandiyalı olimpiya çempionu dopinqdən yararlandığını etiraf edib Ria Stalman karyerasının son illərində qadağan olunmuş preparatdan istifadə edib
Fərdi
9 Yanvar , 2016 10:20
Hollandiyalı olimpiya çempionu dopinqdən yararlandığını etiraf edib

Bakı. 9 yanvar. REPORT.AZ/ 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunlarında atletikanın diskatma növündə qızıl medal qazanmış Ria Stalman dopinqdən yararlandığını etiraf edib. "Report"un məlumatına görə, bu barədə hollandiyalı qadın idmançı NOS telekanalına açıqlamasında bildirib. 

Hazırda 64 yaşında olan R.Stalman karyerasının son 2,5 ilində daim anabolik steroidlər qəbul etdiyini söyləyib. O, karyerasını elə həmin olimpiadadan sonra 32 yaşında ikən başa vurub. 

Son xəbərlər

Orphus sistemi