Hidayət Heydərov Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb

Hidayət Heydərov Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb O, yarımfinalda cənubi koreyalı Çanqrim An ilə qarşılaşacaq
Fərdi
7 Aprel , 2018 15:02
Hidayət Heydərov Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı mübarizəyə 1/16 finaldan başlayıb. 

O, ardıcıllıqla avstriyalı Lukas Reyter, rusiyalı Feliks Qaluayev və iranlı Məhəmməd Məhəmmədiyə qalib gəlib.

H.Heydərov yarımfinalda cənubi koreyalı Çanqrim An ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması Qran-priyə 10 cüdoçu ilə yollanıb. İlk yarış günündə mübarizə aparan 5 idmançıdan heç biri medal qazana bilməyib. Turnirə aprelin 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi