Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib - FOTO

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib - FOTO Qaliblər sertifikat və medallarla təltif olunub
Fərdi
26 İyun , 2017 14:00
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib - FOTO

Bakı. 26 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.

İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb. Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və "Ağ At" şahmat klubunun müəllimləri nəzarət edib.

Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.

Qaliblər sertifikat və medallarla təltif olunub.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir. 

Son xəbərlər

Orphus sistemi