Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb

Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib.
Fərdi
19 Oktyabr , 2018 16:01
Həndbol üzrə dünya çempionatlarında iştirak edəcək komandaların sayı artırılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Beynəlxalq Həndbol Federasiyası (IHF) Şurası kişi və qadınlar arasında keçiriləcək dünya çempionatlarında komandaların sayını artırmaq qərarına gəlib. 

"Report" qurumun saytına istinadən xəbər verir ki, qərar IHF-nin Qətərin paytaxtı Dohada təşkil olunan Konqresində qəbul olunub. Dünya çempionatında iştirak edəcək komandaların sayı 24-dən 32-yə yüksəldilib. 

Qeyd edək ki, bu qərar 2021-ci ildən qüvvəyə minəcək. Həmin il kişilər arasında dünya çempionatı Misirdə, qadınların mundialı isə İspaniyada keçiriləcək. Kişilər üçün əlamətdar yarış 1938-ci ildən, qadınlarda isə 1957-ci ildən bəri keçirilir. 

Son xəbərlər

Orphus sistemi