Helikopter qəzası nəticəsində ölənlərdən 3-ü Fransanın tanınmış idmançılarıdır

Helikopter qəzası nəticəsində ölənlərdən 3-ü Fransanın tanınmış idmançılarıdır Bunlar boksçu Aleksis Vasten, üzgüçülük üzrə olimpiya çempionu Kamilla Müffa və dəniz üzgüçüsü Florens Artodur
Fərdi
10 Mart , 2015 09:43
Helikopter qəzası nəticəsində ölənlərdən 3-ü Fransanın tanınmış idmançılarıdır

Bakı. 10 mart. REPORT.AZ/ Argentinada iki helikopter toqquşmasının qurbanları arasında fransalı iki idmançı da olub. "Report"un məlumatına görə, bunlar boksçu Aleksis Vasten, üzgüçülük üzrə olimpiya çempionu Kamilla Müffa və dəniz üzgüçüsü Florens Artodur. 

Arto 1990-cı ildə yelkənli qayıqla təkbaşına 22 saatdan çox üzərək, Aralıq dənizini keçib və dünya rekordu müəyyənləşdirib. Müffa 2012-ci il London Yay Olimpiya Oyunlarında 4 medal, o cümlədən 1 qızıl medal qazanıb. Vasten 2010-cu il Avropa çempionatının gümüş mükafatçısıdır. 

Qeyd edək ki, toqquşma La Rioha əyalətinin Villa Kastelli şəhəri ərazisində baş verib. Helikopterin göyərtəsində çətin şəraitdə sağ qalmaqdan bəhs edən sənədli film çəkilişlərinin iştirakçıları olub. Ümumilikdə qəza nəticəsində 10 nəfər - 8 fransalı və 2 argentinalı dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi