Güləşçilərimiz üçün olimpiya təsnifat yarışları gələn ilə keçirildi

Güləşçilərimiz üçün olimpiya təsnifat yarışları gələn ilə keçirildi Azərbaycan güləşçilərinin iştirak edəcəkləri Avropa və Dünya Olimpiya Təsnifat Turnirləri 2021-ci ilə keçirilib.
Fərdi
3 Aprel , 2020 22:39
Güləşçilərimiz üçün olimpiya təsnifat yarışları gələn ilə keçirildi

Azərbaycan güləşçilərinin iştirak edəcəkləri Avropa və Dünya Olimpiya Təsnifat Turnirləri 2021-ci ilə keçirilib. 

"Report"un məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) Bürosu onlayn konfransda qərar qəbul edib. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin keçirilmə qrafiki builki tarixləri təkrarlayacaq. 

Qeyd edək ki, Avropa Təsnifat Turniri bu il 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmalı idi. Tokio olimpiadası isə 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. Bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. 

Son xəbərlər

Orphus sistemi