Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib - VİDEO - YENİLƏNİB-2

Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib - VİDEO - YENİLƏNİB-2 Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Fərdi
26 Oktyabr , 2018 21:44
Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib - VİDEO - YENİLƏNİB-2

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcü Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub.

2015-ci ilin dünya çempionu Rəsul Çunayev isə 72 kq çəki dərəcəsində bürünc medal qazanıb. Ardıcıl olaraq yaponiyalı Tomohiro İnoeni və iranlı Məhəmmədəli Gerayini məğlub edən Çunayev yarımfinalda almaniyalı Frank Steblerə uduzsa da, medal qarşılaşmasında Abuyazid Mantsiqovu 4:3 hesabı ilə məğlub edib. Bu, 27 yaşlı idmançının 4 ildən sonra ikinci dünya "bürünc"ü olub.


***20:51

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Report" xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcüstanlı Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub. Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanıb. Rəsul Çunayev (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar.


*** 17:07

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. 

"Report" xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı müvafiq olaraq Yamayka, Yunanıstan və Belarus təmsilçilərinə qalib gəldikdən sonra yarımfinala yüksəlib. Finala yüksəlmək üçün o, ukraynalı Yan Beyenyuku məğlub etməlidir. Bu mərhələnin qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

Bu gün mübarizə qoşulan digər iki idmançıdan 60 kq çəkidəki Murad Məmmədov təsnifat mərhələsində Qırğızıstan idmançısına uduzaraq mübarizəni dayandırıb. 

Kamran Məmmədov (67 kq) isə 1/16 finalda Ermənistan təmsilçisi Karen Aslanyanı, növbəti mərhələdə ukraynalı Denis Demyankovu üstələyib. O, 1/4 finalda rusiyalı Artyom Surkova uduzub. Surkov finala vəsiqə qazanacağı təqdirdə, Məmmədov təsəlliverici görüşdə iştirak edəcək. 

Qeyd edək ki, bu gün Azərbaycanın digər iki idmançısı - Rəsul Çunayev (72 kq) və Eldəniz Əzizli (55 kq) medal görüşünə çıxacaq. Əzizli qızıl medal uğrunda final qarşılaşmasında qırğızıstanlı Yolaman Şarşenbekovun müqavimətini qırmağa çalışacaq. Çunayev isə bürünc medal üçün rusiyalı Abuyazid Mantsiqov ilə güləşəcək. Daha öncə Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçilərdən Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) isə bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi