Yuxarı

Güləş üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyətləri açıqlanıb

Yarışda Azərbaycanın yuna-Roma, qadın və sərbəst güləşçiləri mübarizə aparacaqlar

Bakı. 20 noyabr. REPORT.AZ/ Polşanın Bıdqoş şəhərində 19 - 23 yaş arası güləşçilər arasında keçiriləcək dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından “Report” verilən məlumata görə, noyabrın 21-də start götürəcək çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb.

Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.

Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilərdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) mübarizəyə qoşulacaqlar.

Altı gün davam edəcək yarışda Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi