Gövhər Beydullayeva: "Qalibiyyətimiz rəqiblərimizin düzgün təhlili sayəsində mümkün oldu"

Gövhər Beydullayeva: "Qalibiyyətimiz rəqiblərimizin düzgün təhlili sayəsində mümkün oldu" Yarışa qatılmazdan öncə qələbə qazanacağımıza inam çox güclü idi. Çempion olacağımızı düşünürdük, şükür ki, istəyimizə də çatdıq.
Fərdi
7 Noyabr , 2019 04:45
Gövhər Beydullayeva: Qalibiyyətimiz rəqiblərimizin düzgün təhlili sayəsində mümkün oldu

"Yarışa qatılmazdan öncə qələbə qazanacağımıza inam çox güclü idi. Çempion olacağımızı düşünürdük, şükür ki, istəyimizə də çatdıq".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasında Azərbaycan milli komandasının üzvü Gövhər Beydullayeva deyib. 

Onun sözlərinə görə, komanda üzvləri bir-birlərinə dəstəyi qələbənin başlanğıcı olub: "Öz növbəmdə demək istəyirəm ki, rəqiblərimiz olduqca güclü idi. Belə rəqiblərə qarşı diqqətcil və həssas olmaq tələb olunur. Ani bir diqqətsizlik hər an sənin məğlubiyyətinə səbəb olar. Ona görə də qalib gəlməyimiz rəqiblərimiz çox ciddi yanaşmağımız və onları düzgün təhlil etməyimiz sayəsində oldu. Mən öz fərdi görüşlərimdə Ukrayna, ABŞ, Özbəkistan, Qazaxıstan və Monqolustanı təmsil edən güclü şahmatçılarla mübarizə apardım. Komandama yetərincə kömək etməyə və qalibiyyətində pay sahibi olmağıma çalışdım". 

Gövhər Beydullayeva komanda da yeganə qadın idmançı kimi təmsil olmağına toxunub. Qeyd edib ki, komanda yoldaşları ona qarşı hər zaman diqqət və qayğı göstəriblər: "Biz komandada sanki ailəyik. Hər zaman bir-birimizə dəstək olurduq. Məhz bu mehribanlığımız sayəsində qalib olduq. Bu il 11-ci sinifdə oxuduğuma görə, dərslərimə xüsusi diqqət yetirəcəm. Ancaq inşallah gələn il yarışlara qatılacam və qələbələrimlə xalqımızı sevindirəcəm". 

Son xəbərlər

Orphus sistemi