Azərbaycan gimnastları Varnada 5 medal qazanıblar

Azərbaycan gimnastları Varnada 5 medal qazanıblar Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.
Fərdi
8 İyul , 2019 10:56
Azərbaycan gimnastları Varnada 5 medal qazanıblar

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.

“Report” xəbər verir ki, ölkəni fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Luzan çoxnövçülük xalları əsasında əvvəlcə bürünc medal əldə edib. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə, top və lentlə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası bürünc medal qazandırıb.

Əkbərova isə lentlə çıxışlarına görə bürünc medal götürüb.

Son xəbərlər

Orphus sistemi