“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib

“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib Gəncə. 5 mart. REPORT.AZ/ Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksində 5 mart Beynəlxalq İdman və Bədən tərbiyəsi günü münasibəti ilə tədbir, həmçinin “Gəncə - Avropanın İdman Şəhəri - 2019” layihəsinin açılış mərasimi keçirilib.
Fərdi
5 Mart , 2019 14:07
“Gəncə - Avropanın İdman Şəhəri-2019” layihəsinin açılış mərasimi keçirilib

Gəncə. 5 mart. REPORT.AZ/ Gəncə şəhərindəki Heydər Əliyev Park-Kompleksində 5 mart Beynəlxalq İdman və Bədən tərbiyəsi günü münasibəti ilə tədbir, həmçinin “Gəncə - Avropanın İdman Şəhəri - 2019” layihəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin önündən başlayan mərasim Amfiteatrda davam edib. 

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər qonaqlar iştirak ediblər.

A.Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bu bayramın Gəncədə keçirilməsi təsadüfi deyil. Nazir Gəncənin son illər Avropanın mədəniyyət və gənclər paytaxtı seçildiyini xatırladıb: "Bu il Gəncə Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (ACES Europe) qərarına əsasən idman şəhəri kimi təyin olunub. Biz burada il ərzində müxtəlif kütləvi tədbirlər keçirəcəyik. Məqsədimiz sağlam həyat tərzinin təbliği, bütün idmançıların bir araya gətirilməsi və sözsüz ki, növbəti illərdə Gəncədə yeni çempionların Azərbaycan bayrağını ucaltmalarından ibarətdir".  

Son xəbərlər

Orphus sistemi