Yuxarı

Nigar Arpadarai: "Formula 1" üzrə Azərbaycan Qran-prisinə maraq daha da artıb"

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə maraq daha da artıb"

"Hazırlığa erkən başlamışıq. Ötən ay bilet satışına start verdik. Artıq indidən nəticələrdən razıyıq. Əvvəlki illərlə müqayisədə Azərbaycan Qran-prisinə maraq daha da artıb".

“Report”un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formual 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu dəfə Bakıda keçiriləcək yarışa xarici ölkələrdən çox böyük maraq var: "Əcnəbilərin biletləri daha tez əldə etmələri ənənəyə çevrilib. Öz vətəndaşlarımız isə yarış ərəfəsində alırlar. Onlayn bilet alanların sayının artması bizi sevindirir. Xarici ölkələrdə reklam işlərinə başlamışıq. Reklam xərclərimiz azalsa da, Azərbaycan Qran-prisinə maraq artır. Bu da müsbət məqamdır".

N.Arpadarai bildirib ki, növbəti yarışda 3 dünya ulduzunun Bakıda konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bilet satışı şirkətin rəsmi vebsaytında (www.bakucitycircuit.com) və iTicket kassalarında aparılır: Yarışın keçirilməsinin 5 illiyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20% endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25%-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin iyunun 4-də keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı verir. Bununla "Formula 1" azarkeşkləri komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Azərbaycan Qran Prisinə necə hazırladıqlarına şahid olacaqlar. Bunda əlavə, 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır. Yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqənin təqdim edilməsi tələb oluna bilər. Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210 - 710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150 - 500 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110 - 190 manat aralığındadır. 2020-ci Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi