"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb Media üçün "Formula 1" üzrə dilçilik-terminologiya kursu təşkil ediləcək
Fərdi
13 Sentyabr , 2018 13:05
Formula-1 üzrə Azərbaycan Qran-prisinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ 2019-cu ilin aprelində keçiriləcək "Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.

"Report" xəbər verir ki, bu barədə Qran Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.

N.Arpadarai "Formula-1" trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb. 

Hazırlıq dövründə müxtəlif tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdıran departament rəhbəri media nümayəndələri ilə bağlı müəyyən layihələrin də həyata keçiriləcəyini vurğulayıb. Bu sırada o, media üçün "Formula-1" idman növü üzrə dilçilik-terminologiya kursunun təşkilinə dair "Report"un təklifinə müsbət yanaşıb.

N.Arpadarai Qran Priyə hazırlıq dövründə təşkil olunan brifinqlərdə təkcə özünün deyil, Azərbaycan "Qran-pri"sinin promouteri Arif Rəhimovun da iştirakına çalışacağını söyləyib.

Tədbir səmimi müzakirələr şəraitində davam edib.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan "Qran-pri"sinin 26 - 28 apreldə təşkili nəzərdə tutulub.   

Son xəbərlər

Orphus sistemi