Yuxarı

“Formula 1”: Pilotların Bakıdakı maksimum sürətləri açıqlanıb

​“Formula 1”: Pilotların Bakıdakı maksimum sürətləri açıqlandı

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş zamanı pilotların ən yüksək sürət göstəriciləri açıqlanıb. 

“Report” xəbər verir ki, “Renault” komandasının sürücüsü Niko Hülkenberqin idarə etdiyi bolid saatda 323 km sürətlə hərəkət etməklə ilk pillədə yer alıb. “Alfa Romeo”dan Kimi Raykkonen (319,7) ikincidir. “Mercedes”dən Valtteri Bottas və “Racing Point”dən Serxio Peres eyni göstəriciyə (319,1) malikdirlər.

Qeyd edək ki, ikinci sərbəst yürüş saat 18:30-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi