"Formula-1"ə yeni icraçı direktor təyin olunub

"Formula-1"ə yeni icraçı direktor təyin olunub Berni Ekklstounu bu vəzifədə Çeyz Keri əvəz edib
Fərdi
23 Yanvar , 2017 23:16
Formula-1ə yeni icraçı direktor təyin olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Berni Ekklstoun "Formula-1"in icraçı direktoru vəzifəsindən getdiyini bəyan edib.

"Report" xəbər verir ki, onun sözlərinə görə, sözügedən vəzifə Çeyz Keriyə həvalə olunub.

"Mənim yeni vəzifəm? Bu, Amerika terminidir, bir növ fəxri prezident kimi vəzifədir. Mən bunun nə demək olduğunu bilmirəm", - deyə "Auto motor und sport" "Formula-1"in sabiq rəhbərinin sözlərini sitat gətirib.

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun "Formula-1"ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi