Yuxarı

“Formula 1”: İlk test yürüşündə ən yaxşı nəticəni İtaliya komandası göstərib

"Formula 1"də test yürüşləri başladı

Bakı. 19 fevral. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb.

“Report” xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilmiş ilk yürüşdə ən yaxşı nəticəni İtaliyanın “Ferrari” komandasının pilotu Sebastyan Fettel göstərib - 1 saat 18,161 saniyə (169 dövrə). Böyük Britaniyanın “McLaren” komandasının sürücüsü Karlos Sayns 1 dəqiqə 18,558 saniyə (119 dövrə) göstərici ilə ikinci olub. ABŞ-ın “Haas” kollektivinin sürücüsü Romen Qrojan isə 3-cü ən yaxşı nəticəyə imza atıb - 1 dəqiqə 19,159 saniyə (65 dövrə).

İlk testlərdə yeni bolidləri hələ də hazır olmayan Böyük Britaniyanın “Williams” komandası iştirak etməyib.

Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyası fevralın 21-dək davam edəcək. İkinci testlər isə 26 fevral – 1 mart aralığında olacaq. “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi