"Formula 1": Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək

"Formula 1": Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək Formula-1 üzrə Bəhreyn Qran-prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.
Fərdi
9 Mart , 2020 14:14
Formula 1: Bəhreyn Qran-prisi azarkeşsiz keçiriləcək

"Formula-1" üzrə Bəhreyn Qran-prisi koronavirus epidemiyasına görə azarkeşsiz keçiriləcək.

"Report" "Autosport"a istinadən xəbər verir ki, bu barədə Qran-pri rəhbərliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu addım virusun yayılmasının qarşısını almaq məqsədilə atılıb: "Beynəlxalq tərəfdaşlarla məsləhətləşmədən sonra Qran-prinin azarkeşsiz keçirilməsi qərara alındı. Koronavirusun davamlı yayıldığını nəzərə alsaq, bu vəziyyətdə beynəlxalq idman tədbirini azarkeşlərin iştirakı ilə təşkil etmək səhv addım olardı".

Qran-prinin televiziya vasitəsilə yayımında isə hər hansı dəyişikliyin olmayacağı bildirilib.

Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi olan Bəhreyn Qran-prisi 20-22 martda keçiriləcək. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.

Xatırladaq ki, 17-19 apreldə keçirilməli olan Çin Qran-prisi koronavirusa görə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi