​FİDE rəsmiləri Bakıya gələcək

​FİDE rəsmiləri Bakıya gələcək Nümayəndə heyətinə Georgios Makropulos rəhbərlik edəcək
Fərdi
30 Mart , 2016 12:10
​FİDE rəsmiləri Bakıya gələcək

Bakı. 30 mart. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə FİDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək.

Səfər zamanı FİDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, yarışın hazırlıq işləri ilə tanış olacaq. FİDE-nin nümayəndə heyəti eyni zamanda Olimpiadanın keçiriləcəyi "Crystal Hall"da təşkilati işlərlə maraqlanacaq.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da keçiriləcək. İki həftəyədək davam edəcək Olimpiada günlərində Bakıda həm də FİDE Konqresinin növbəti iclası olacaq. 

Son xəbərlər

Orphus sistemi