"Ferrari"nin sabiq prezidenti: "Şumaher müalicəyə müsbət reaksiya verir"

"Ferrari"nin sabiq prezidenti: "Şumaher müalicəyə müsbət reaksiya verir" Məşhur alman pilot 2014-cü ilin sentyabr ayından bəri İsveçrədəki villasında bərpa kursu keçir
Fərdi
16 Avqust , 2016 11:02
Ferrarinin sabiq prezidenti: Şumaher müalicəyə müsbət reaksiya verir

Bakı. 16 avqust. REPORT.AZ/ "Formula-1"in məşhur alman pilotu Mixael Şumaher 2013-cü ilin sonlarında xizək sürərkən yıxılaraq aldığı kəllə-beyin travmasından sonra aparılan müalicəyə müsbət reaksiya verir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" nəşrinə açıqlamasında "Ferrari" avtomobil şirkətinin sabiq prezidenti və Direktorlar Şurasının sədri Luka di Montedzemolo bildirib.

"Onun müalicəyə cavab verməsinə görə çox şadam. Şumaherin xaraktercə necə güclü insan olduğunu gözəl bilirəm. Əminəm ki, məhz bu xüsusiyyətinin sayəsində o, hazırkı çox çətin vəziyyətdən çıxa biləcək", - deyə di Montedzemolo vurğulayıb.

Xatırladaq ki, M.Şumaher 2013-cü ilin dekabrında Fransanın Maribel bölgəsində dağda xizək sürərkən yıxılıb və beynin hər iki yarımkürəsində çoxlu xəsarətlər və qanama olmaqla ağır kəllə-beyin travması alıb. O, 2014-cü ilin sentyabr ayından bəri İsveçrədəki - Cenevrə gölünün yaxınlığında yerləşən villasında bərpa kursu keçir.

Son xəbərlər

Orphus sistemi