Famil Ağayev: "Məğlubiyyətə top qəbulunda səhvlər və hücum xəttinə top ötürə bilməmək səbəb oldu"

Famil Ağayev: "Məğlubiyyətə top qəbulunda səhvlər və hücum xəttinə top ötürə bilməmək səbəb oldu" "4-cü setdə qızlar, deyərdim ki, voleybolun ən zirvə nöqtəsini, gözəlliyini göstərdilər"
Fərdi
30 Sentyabr , 2017 21:44
Famil Ağayev: Məğlubiyyətə top qəbulunda səhvlər və hücum xəttinə top ötürə bilməmək səbəb oldu

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Oyun çətin oldu. Bunu gözləyirdik. Birinci setdə matça yaxşı başladıq. Sonradan topun qəbulunda problemlər yaranmağa başladı".

"Report" xəbər verir ki, bunu qadınlar arasında voleybol üzrə Avropa çempionatının yarımfinal oyununda Hollandiyaya məğlubiyyətdən sonra (2:3) Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.

"Birinci setdə daha yaxşı, səhvsiz oynadıq. İkinci setdə topun qəbulunda problemlər yaşamağa başladıq. Hücum xəttinə top ötürə bilmədik. Bu da iki set məğlub olmağımıza gətirib çıxardı. 4-cü setdə geridönüş etdik, 4-cü setdə qızlar, deyərdim ki, voleybolun ən zirvə nöqtəsini, gözəlliyini göstərdilər. 5-ci setdə sona doğru toparlana bilmədik və məğlub olduq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi