EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala vəsiqə qazanıb.
Fərdi
23 İyul , 2019 13:50
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, Vəlizadə buna batterflay üsulla üzmə yarışında 200 metr məsafəni 2 dəqiqə 3,27 saniyəyə qət etməklə nail olub.

İkinci yarış günündə Azərbaycan üzgüçüləri Maksim Petrenko 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 56,78 saniyə, Aysel Səfərova 400 metr məsafəyə sərbəst üzmə yarışında 4 dəqiqə 47,84 saniyə nəticə göstərib. Bu nəticə onların növbəti mərhələyə vəsiqə qazanmalarına kifayət etməyib.

Qeyd edək ki, yarışlarının yarımfinal və final mərhələləri axşam sessiyasında olacaq.

Son xəbərlər

Orphus sistemi