Qılıncoynadanlarımız Dünya Kubokunun mərhələ yarışında iştirak etdi

Qılıncoynadanlarımız Dünya Kubokunun mərhələ yarışında iştirak etdi Kişilərdən ibarət şpaqa üzrə Azərbaycan milli komandasının üzvləri İsveçrənin Bazel şəhərində keçirilən gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak ediblər.
Fərdi
17 Fevral , 2020 21:05
Qılıncoynadanlarımız Dünya Kubokunun mərhələ yarışında iştirak etdi

Kişilərdən ibarət şpaqa üzrə Azərbaycan milli komandasının üzvləri İsveçrənin Bazel şəhərində keçirilən gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak ediblər.

"Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında ən yaxşı nəticəyə Ruslan Həsənov imza atıb.

Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Həsənov pley-offun ilk görüşündə Belçika təmsilçisi Robin Daouta 15:6 hesabı ilə qalib gəlsə də, 1/32 finalda fransalı Alban Dianeyə 12:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 5 qələbə qazanan Barat Quliyev də 1/32 finala yüksəlməyi bacarıb. 1/64 finalda Böyük Britaniya şpaqaçısı Ezan Kyuya 15:14 hesabı ilə qalib gələn Quliyev növbəti mərhələdə İtaliya idmançısı Masarin Rikkardoya 7:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 2 qələbəsi olan Xalid Əliyev və bu mərhələdə bir görüşdə qalib gələn Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.

Gənc şpaqaçılarımız komanda yarışında turnirin finalına kimi irəlilyən isveçrəli şpaqaçılara 40:45 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi