İdman növlərinin çətinlilik dərəcəsi əsasında reytinq siyahısı hazırlanıb.
"Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, 10 təyinedici vərdiş sırasına dözümlülük, güc, enerji, sürət, cəldlik, möhkəmlik, əsəb sistemi, möhkəmlik, əl və gözlərin koordinasiyası, analitik xüsusiyyətlər salınıb. Qiymətləndirməni 8 ekspert 10 ballıq şkala əsasında aparıb.
Nəticədə ilk "5-liy"ə boks, hokkey, amerikan futbolu, basketbol və restlinq düşüb. Daha sonra təkmübarizəli idman növləri, tennis, gimnastika, beysbol və futbol gəlir.