​Eltac Səfərli: "Məğlubiyyətdən başqa istənilən sonluq yaxşı nəticə idi"

​Eltac Səfərli: "Məğlubiyyətdən başqa istənilən sonluq yaxşı nəticə idi" "Şəmkir turnirində zəif rəqib yoxdur"
Fərdi
27 May , 2016 00:01
​Eltac Səfərli: Məğlubiyyətdən başqa istənilən sonluq yaxşı nəticə idi

Bakı. 27 may. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess- 2016" superturnirinin ilk turunda Azərbaycan şahmatçısı Eltac Səfərli Ukrayna təmsilçisi Pavel Elyanovla heç-heçə oynayıb.

"Report" xəbər verir ki, Azərbaycan çempionu partiyadan sonra jurnalistlərə açıqlamasında heç-heçəni pis nəticə saymadığını bildirib.

"Şəmkir turnirində zəif rəqib yoxdur. Ona görə də heç-heçəni pis nəticə saymaq olmaz. Elyanov güclü rəqibdir. Püşkdə bəxtimin gətirməməsini deyə bilmərəm. Çünki, burada zəif şahmatçı yoxdur. İlk tur üçün məqsədim ən azı heç-heçə etmək idi. Məğlubiyyətdən başqa istənilən sonluğu yaxşı nəticə hesab edəcəkdim. Maraqlı oyun oldu. Oyunun əvvəlində azacıq üstünlük olsa da, ardıcıl səhvlərə yol verdim. Partiyanı uduzmağa yaxın idim. Sonra Pavel səhv elədi və mən 1-2 gedişlə qələbənin əsasını qoya bilərdim. Lakin həmin gedişləri tapmaqda çətinlik çəkdim.Heç-heçə pis nəticə deyil. Turnir indi başlayır. Hazırda turnirin həyəcanı davam edir", - deyə o əlavə edib.

Ukrayna şahmatçısı Pavel Elyanov "ShamkirChess-2016" haqda xoş sözlər deyib:

"Təşkilatçılıq yüksək səviyyədədir. Bizim üçün lazımi şərait yaradılıb. Oyuna gəlincə Eltacla partiya asan olmadı. Ardıcıl səhvlər qələbə qazanmağıma mane oldu. Yaxşıdı uduzmadım, startda məğlubiyyət yaxşı hal deyil".

Son xəbərlər

Orphus sistemi