"Dakar" rallisinin yeni marşrutu təqdim olunub

"Dakar" rallisinin yeni marşrutu təqdim olunub Fransanın paytaxtı Parisdə 2020-ci il Dakar ralli reydinin marşrutu təqdim olunub.
Fərdi
21 Noyabr , 2019 10:39
Dakar rallisinin yeni marşrutu təqdim olunub

Fransanın paytaxtı Parisdə 2020-ci il Dakar ralli reydinin marşrutu təqdim olunub.

"Report"un məlumatına görə, sayca 42-ci yürüş yanvarın 5-də Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində start götürəcək. Mübarizəyə yanvarın 17-də paytaxt Ər-Riyad yaxınlığındakı Əl-Kiddiya şəhərində yekun vurulacaq. Marşturun ümumi uzunluğu 7856 km-dir. Bunun 5097 km-i xüsusi sahələrdən keçəcək.

Ümumilikdə 351 yarış iştirakçısı arasında "Formula 1" üzrə ispaniyalı ikiqat dünya çempionu Fernando Alonso da olacaq.

Səudiyyə Ərəbistanı Dakar rallisinə ilk dəfə ev sahibliyi edəcək. "Dakar" 1979 - 2007-ci illərdə Avropa və Afrikada, 2009 - 2019-cu illərdə Cənubi Amerikada təşkil olunub.

Ralli reydinin hazırkı qalibləri yolsuzluq sinfində Naser Əl-Əttiyə ("Toyota"), motosikletdə Tobi Prays (KTM), yük maşınları üzrə Eduard Nikolayev ("KamAZ"), kvadrotsikldə (dörd təkərli motosiklet) Nikolas Kavilyasso ("Yamaha"), çoxtəkərli motosikletlərdə Fransisko Lopes ("Can-Am") sayılır.   

Son xəbərlər

Orphus sistemi