Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib - VİDEO

Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib - VİDEO Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib
Fərdi
1 Dekabr , 2017 13:26
Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib - VİDEO

Bakı. 1 dekabr. REPORT.AZ/ Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında xarakiri edib. 

“Report” life.ru saytına istinadən xəbər verir ki, hadisə Mahaçqalada baş verib.

Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün bu addımı atdığını bildirib.

Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.

Qeyd edək ki, Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.

Son xəbərlər

Orphus sistemi